Xərçəng və ürək xəstəliklərindən uzaq olmaq üçün: Ən ideal yemək saatları

26-06-2023, 10:04           
Xərçəng və ürək xəstəliklərindən uzaq olmaq üçün: Ən ideal yemək saatları
Heç bir halda səhər yeməyindən imtina etmək olmaz, ancaq yemək üçün düzgün vaxt seçməlisiniz.

Cebhe.info xəbər verir ki, bunu neyroloq Culiya Cons deyib. Onun açıqlamasını “Daily Express” təqdim edib.

Ekspert gec səhər yeməyinin qəti tərəfdarıdır. Onun fikrincə, bu, səhər saat 11-dən tez olmamalıdır.

Neyroloq onu da deyib ki, bədənin gündə təxminən 16 saat istirahətə ehtiyacı var və sonra səkkiz saatlıq pəncərə zamanı aktiv şəkildə yeməyə dəyər.

C.Cons bütün yeməklərinə səhər 11-dən axşam 19-a qədər səkkiz saatlıq fasiləyə qoymağı və sonra növbəti nahara qədər fasilə verməyi təklif edir.

Mütəxəssisin sözlərinə görə, qidaya bu cür yanaşma şəkərli diabet, ürək-damar xəstəlikləri, xərçəng riskini azaldır. Eyni zamanda, qida zərərli şəkərlər, karbohidratlar, yağlar olmadan sağlam, balanslı olmalıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.