Priqojinin təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün versiyalar diqqətlə yoxlanılır

26-08-2023, 12:43           
Priqojinin təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün versiyalar diqqətlə yoxlanılır
Rusiya İstintaq Komitəsi bəyan edib ki, qəza zamanı ölənlərin şəxsiyyətinin müəyyən edilməsi üçün molekulyar-genetik ekspertizalar aparılır.
Rusiya İstintaq Komitəsi (İK) Yevgeni Priqojinin təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün mümkün versiyaları diqqətlə yoxlayacaq.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
“İstintaq baş verənlərlə bağlı bütün mümkün versiyaları diqqətlə yoxlayacaq”, - məlumatda deyilir.
Qurumdan qeyd olunub ki, qəza zamanı ölənlərin şəxsiyyətinin müəyyən edilməsi üçün molekulyar-genetik ekspertizalar aparılır.
“İstintaq uçuş registratorlarını götürüb, hadisə yerinin ətraflı müayinəsi davam edir. Hazırda qəzanın bütün hallarını müəyyən etmək üçün vacib olan əşyalar və sənədlər də götürülür, lazımi məhkəmə-tibbi ekspertiza təyin olunacaq”, - Rusiya İstintaq Komitəsinin mətbuat xidmətindən vurğulanıb.
23.08.23, 23:00
Priqojinin uğradığı təyyarə qəzası ilə bağlı cinayət işi açılıb
Rusiya İstintaq Komitəsi Tver vilayətində baş vermiş təyyarə qəzasından sonra yol hərəkəti təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması ilə bağlı cinayət işi açıb.
Bu barədə İdarənin Teleqram kanalı xəbər verir.
"Tver vilayətində aviasiya qəzası faktı ilə bağlı Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi (hərəkətin təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması) ilə cinayət işi qaldırıb.", - məlumatda deyilir.
Əlavə edilir ki, hadisə yerinə istintaq-əməliyyat qrupu yola düşüb, bütün zəruri ekspertizalar təyin olunacaq, qəzanın səbəblərini müəyyən etmək üçün bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçiriləcək.
İlkin məlumatlara görə, Moskva-Sankt-Peterburq marşrutu ilə uçan təyyarənin göyərtəsində yeddi sərnişin və üç ekipaj üzvü olub.
Sputnik












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru