Adil Şükürovla azarkeşlər arasında GƏRGİN ANLAR: "Məni harasa göndərmək sizin başınız üçün deyil" — VİDEO

Bu gün, 09:05           
Adil Şükürovla azarkeşlər arasında GƏRGİN ANLAR: "Məni harasa göndərmək sizin başınız üçün deyil" — VİDEO
Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində keçirilən "Kəpəz"- "Qəbələ" matçından sonra "Kəpəz"in baş məşqçisi Adil Şükürovla azarkeşlər arasında gərgin anlar yaşanıb.

Demokrat.az xəbər verir ki, nəticədən narazı qalan azarkeşlər Şükürovu istefaya səsləyiblər. Baş məşqçi isə onları mübahisəyə dəvət edərək emosional şəkildə cavab verib.

A.Şükürov oyun sonrası mətbuat konfransında hadisəyə münasibət bildirib:

"Azarkeşin üstünə getmədim. Tərbiyəsizlik etdilər, onun cavabını verdim. Çünki tərbiyəsizlik insana təsir edir. İnsanlar şəxsi məsələlərə toxunmamalıdır. Kimin hara gedəcəyinə rəhbərlik qərar verir. Etikadan kənara çıxmaq olmaz. Bir az diqqətli olmalıdırlar. Azarkeşə dedim ki, məni harasa göndərmək sənlik deyil, sənin başın üçün deyil. İstefaya göndərilməyim realdır. Yəqin ki, sağollaşacağıq".

Qeyd edək ki, "Kəpəz" son turda "Qəbələ"yə səfərdə 3:0 hesabı ilə məğlub olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru