Paşinyan ETİRAF ETDİ: “Erməni uşaqları Ağrı dağının harada olduğunu bilmir”
Bu gün, 00:02
Bir çox erməni uşaqları Ağrı dağının Ermənistanda deyil, Türkiyədə yerləşdiyini bilmir.
Tribunainfo.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib.
“Uşaqlara yaxınlaşdım və Ermənistanda ən hündür dağın hansı olduğunu soruşdum. Uşaqların 70 faizi Ararat (Ağrı dağı – red.) cavabını verdi. Onlar hətta Araratın Ermənistan Respublikasında olmadığını bilmirlər. Bizimlə ünsiyyətdə olan bir çox ermənilər də bunu bilmirlər, çünki biz onlara belə deyirik. Sonra öyrənib təəccüblənirlər ki, Ararat Ermənistan ərazisində deyil”, – Paşinyan açıqlamasında deyib.