Keyt Middleton şahzadə Harridən üz döndərdi: Ekspert gizli mesajı açıqladı

Bu gün, 10:04           
Keyt Middleton şahzadə Harridən üz döndərdi:
Şahzadə Harrinin atası kral III Çarlzla münasibətləri tədricən düzəlsə də, Uels şahzadəsi Keyt Middletonla vəziyyət gərgin olaraq qalır.

"Mirror" yazır ki, Harrinin 15 sentyabrda qeyd etdiyi 41 illik yubileyi münasibətilə Middletonun heç bir təbrik paylaşmaması diqqətçəkən jest olub. Kral ailəsi üzrə ekspert Dunkan Larkomb bunu "min söz danışan sükut" adlandırıb:

"Onlar onun doğum günü ilə bağlı heç nə paylaşmadılar, halbuki kral ailəsi bunu adətən edir. Buradakı mesaj aydındır: "Top bizim meydançada deyil, Harri. Top sənin meydançandadır!".

Ekspertin sözlərinə görə, sərt protokol səbəbindən Keyt və şahzadə Uilyam hisslərini yalnız dolayı yollarla ifadə edə bilirlər. "Nə Keyt, nə də Uilyam Harridən və Meqan Markldan açıq danışa bilməz. Onlar uzun müddətdir sükutu qoruyur, bütün zərbələrə dözür və yalnız gizli, incə işarələrlə vəziyyəti bildirmək məcburiyyətində qalırlar", deyə Larkomb izah edib.

Onun fikrincə, şahzadə Harri həqiqətən də ailəsindən üzr istəmək və münasibətləri bərpa etmək istəyir. Lakin qardaşı və Keytlə barışmaq istədiyini ictimaiyyət qarşısında göstərmir. Meqan Markl isə "öz xəyal dünyasında yaşayıb, karyerasını qurmaqla məşğuldur" və Kembric hersoqlarının fikirlərinə əhəmiyyət vermir.

Harrinin son Londona səfəri zamanı kral III Çarlzla Klarens Haus iqamətgahında üz-üzə görüşü baş tutmuşdu. Bu, 19 ay ərzində onların ilk şəxsi görüşü idi və 54 dəqiqə davam etmişdi. Addım ata-oğul münasibətlərində yumşalma cəhdi kimi qiymətləndirilsə də, şahzadə Uilyamla münasibətlər soyuq olaraq qalır və qardaşların heç bir birgə görünüşü qeydə alınmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru