İran ilk dəfə qitələrarası ballistik raketi sınaqdan keçirdi

Bu gün, 09:27           
İran ilk dəfə qitələrarası ballistik raketi sınaqdan keçirdi
İran İslam Respublikası ilk dəfə qitələrarası ballistik raket sınağını uğurla həyata keçirib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı İran parlamentinin üzvü Möhsün Zənqane yerli televiziya kanalına açıqlamasında təsdiqləyib.

O, ölkənin belə bir silaha malik olduğunu etiraf edən ilk rəsmi şəxs kimi çıxış edib.

Deputatın bəyanatı daha əvvəl sosial şəbəkələrdə və mediada yayılan, İranın sınaq məqsədilə ballistik raket buraxması barədə xəbərlərdən sonra verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru