Fransalı pilotun Bakıdakı nəticəsi ləğv edildi - RƏSMİ Bu gün, 00:12 “Alpin” komandasının pilotu Esteban Okon texniki reqlamenti pozduğuna görə Azərbaycan Qran-Prisinin sıralama turunun protokolundan kənarlaşdırılıb.Teleqraf xəbər verir ki, fransalı sürücünün bolidi sessiyanın sonunda texniki baxışdan keçə bilməyib.FIA-nın məlumatına görə, Okonun arxa qanadı əyilmə testindən keçə bilməyib və onun çox çevik olduğu müəyyən edilib.Nəticədə, Okon Bakıdakı yarışa düzülüşün sonuncu pilləsindən başlamalı olacaq.O, sıralama turunu 18-ci sırada bitirmişdi.Qeyd edək ki, “Red Bull” komandasının pilotu Maks Ferstappen sıralama turunun qalibi olub. Facebook-da paylaş