"Mançester Yunayted" "Çelsi"yə qalib gəlib

Bu gün, 09:08           
"Mançester Yunayted"  "Çelsi"yə qalib gəlib
İngiltərə Premyer Liqasında V turun növbəti görüşü baş tutub.

"Report" xəbər verir ki, "Mançester Yunayted" doğma meydanda "Çelsi"ni sınağa çəkib.

Gərgin keçən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.

Meydan sahiblərinin qollarını Bruno Fernandes (14-cü dəqiqə) və Kazemiro (37), qonaqların qolunu isə Trevoh Çaloba (80) vurub.

"Mançester Yunayted" Premyer Liqa mövsümündə ikinci qələbəsini qazanıb və 7 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. "Çelsi" 8 xalla altıncı yerdədir. Növbəti turda "Mançester Yunayted" səfərdə "Brentford"la, "Çelsi" isə "Brayton"u qəbul edəcək. Hər iki qarşılaşma sentyabrın 27-də baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru