Ermənistan Rusiyaya qarşı sanksiyaları ən çox pozan ölkədir – Ticarət dövriyyəsi 70 faiz artıb

26-08-2023, 12:18           
Ermənistan Rusiyaya qarşı sanksiyaları ən çox pozan ölkədir –
2023-cü ilin ilk yeddi ayında Ermənistan və Rusiya arasında ticarət dövriyyəsi 3,7 milyard dollar təşkil edib. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 70% çoxdur.

“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan iki ölkənin işgüzar dairələrinin nümayəndələri görüşü zamanı deyib.

İyunun ortalarında Rusiya ilə ticarət yolunun keçdiyi Rusiya-Gürcüstan sərhədindəki “Verxniy Lars” keçid məntəqəsinin imkanları əhəmiyyətli dərəcədə genişləndirildiyi üçün ticarət artımının davam edəcəyi gözlənilir.
Ətraflı

Qeyd edək ki, Rusiya ilə ticarət dövriyyəsinin kəskin artması Ermənistanın Qərbin sanksiyalarından yayınaraq qadağan olunmuş məhsulların bu ölkəyə reksportu ilə bağlıdır. Göndərilən malların istehsal firmalarına baxdıqda onların əksəriyyətinin Avropa ölkələrində istehsal olduğu məlum olur. Statistik məlumatlara görə, Ermənistan əsasən Rusiyaya məişət avadanlıqlarını göndərir ki, onların cipləri hərbi sənayedə geniş istifadə olunur.

ABŞ Maliyyə Nazirliyinin hesabatlarında Ermənistan Rusiyaya qarşı sanksiayalrın pozulmasında iştirak edən əsas 3 ölkədən biri kimi təqdim olunur. Vaşinqton qadağan olunmuş ticarətin qarşısını aəlamaq üçün İrəvana iki dəfə nümayəndə heyəti göndərib. Maliyyə Nazirliyi bəyan edib ki, bu fəaliyyətin davam etməsi Ermənistana qarşı sanksiyaların tətbiq olunmasına gətirib çıxaracaq.

Rasim Əliyev












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru