Bakı otellərinin populyarlığı Rusiyada iki dəfə artıb

26-08-2023, 10:10           
Bakı otellərinin populyarlığı Rusiyada iki dəfə artıb
Bakı otellərinin populyarlığı Rusiyada iki dəfə artıb.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın “OneTwoTrip” səyahət planlaşdırma xidməti məlumat yayıb.

Xidmətin ekspertləri 2023-cü ilin iyun-avqust ayları arasında otel sifarişlərini təhlil edərək, 2022-ci ilin eyni dövrü ilə müqayisə ediblər.

Qeyd edilir ki, ölkə turistləri arasında Bakı, Pattaya (Tailand), Porto (Portuqaliya), Riminidəki (İtaliya) otellərin populyarlığı iki dəfə artıb. Eləcə də Rusiyadan Bişkekə, Madridə və Ankaraya sifarişlər bir yarım dəfə və ya daha çox artıb.

Ölkə xaricinə səfərlərə gəlincə, rusiyalı turistlərin marağında ən nəzərəçarpacaq artım Seulun payına düşür. Cənubi Koreyanın paytaxtında otellər bir il əvvəllə müqayisədə 4,5 dəfə çox bron edilib. Siyahıda ondan sonra Banqkok (burada şəhərdə otel sifarişlərinin payı 3 dəfə artıb) və Mexiko (2,5 dəfə) gəlir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru