Təsdiqlənməmiş məlumatlara görə, Viktor But Wagner PMC-nin yeni rəhbəri təyin edilib.
26-08-2023, 15:10
ABŞ-da silah alverinə görə məhkum olunmuş rusiyalı iş adamı Viktor But 1967-ci il yanvarın 13-də Düşənbədə anadan olub. SSRİ Müdafiə Nazirliyinin Qırmızı Bayraqlı Hərbi İnstitutunu bitirmiş və hərbi tərcüməçi ixtisası almış, sonra hərbi nəqliyyat aviasiya alayına daxil olmuş, Afrika ölkələrində çox səyahət etmiş, Sovet İttifaqının Mozambikdəki hərbi missiyasında tərcüməçi kimi çalışmışdır. 2022-ci ilin dekabrında o vaxt Amerika həbsxanasında 12 ildən çox cəza çəkən Viktor But Rusiyada narkotik saxlama və qaçaqmalçılıqda ittiham olunan ABŞ vətəndaşı, basketbolçu Britni Qrinerlə dəyişdirildi. Teref.az