“PRİQOJİNİN QƏTLİ ƏMƏLİYYATINA BU GENERAL RƏHBƏRLİK EDİB” - Kəşfiyyat məlumatı FOTO

27-08-2023, 11:05           
“PRİQOJİNİN QƏTLİ ƏMƏLİYYATINA BU GENERAL RƏHBƏRLİK EDİB” -
“Skripalın zəhərlənməsi və digər səs-küylü əməliyyatlar da onun işidir”

”Vaqner” başçısı Yevgeni Priqojinin qətli Rusiya Baş Kəşfiyyat İdarəsinin general-mayoru Andrey Averyanovun işi ola bilər”. “AzPolitika.info” xəbər verir ki, bunu Böyük Britaniya və Ukrayna kəşfiyyatındakı mənbələr istinad edən Britaniyanın “İ” portalı yazıb.

Qeyd olunur ki, bu generalın adı buna qədər Sergey Skripalın zəhərlənməsi və xaricdə keçirilən digər siyasi motivli, səs-küylü əməliyyatlarda keçib. Hətta bu əməliyyatlara məhz şəxsən Averyanovun rəhbərlik etdiyi bildirilir.

Britaniya portalı yazır ki, “Ukrayna kəşfiyyatındakı mənbələr Priqojinin məhv edilməsi əməliyyatına da Averyanovun rəhbərlik etdiyini birmənalı şəkildə iddia edir”.

Xəbərdə o da bildirilir ki, Averyanovun özünün Prqiojinlə şəxsi “haqq-hesabı” olub və “Vaqner” başçısı nə vaxtsa bu generalın “quyruğunu tapdayıb”.

Həmçinin qeyd olunur ki, son zamanlar məhz Averyanov Afrikadakı “vaqnerçilər”-in Rusiya hərbçilərilə əvəz edilməsi prosesinə rəhbərlik edib. Bu generalın şəxsən Putinə yaxın olduğu da bildirilir.

Məsələn, məşhur “Bellingcat” layihəsinin araşdırmaçı-jurnalisti Xristo Qrozev deyib ki, Putinin Afrika liderlərilə son görüşündə Averyanov da iştirak edib və Putin onu afrikalılara “Afrika qitəsinin təhlükəsizliyinə cavabdeh şəxs” kimi təqdim edib. Onun bundan sonra Afrikadakı “vaqnerçiləri” kurasiya edəcəyi bildirilir.

Qeyd edək ki, Putinin sifarişlərini yerinə yetirdiyi üçün “Rusiya qəhrəmanı” ulduzuna layiq görülən Averyanovun şəxsi həyatı ilə bağlı məlumatlar olduqca məhduddur. İnternetdə onun yalnız qızının toyundan çəkilmiş fotosu var. Həmin toyda Skripalın zəhərlənmısində iştirak etmiş Ruslan Boşirov da olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru