Ukrayna Hərbi Dəniz Qüvvələrinin tərkibində xüsusi dəniz dronları briqadası yaradıldı - FOTO

27-08-2023, 13:38           
Ukrayna Hərbi Dəniz Qüvvələrinin tərkibində xüsusi dəniz dronları briqadası yaradıldı - FOTO
Ukrayna Hərbi Dəniz Qüvvələrinin tərkibində dəniz dronlarından istifadə üzrə əlahiddə briqada yaradılıb.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə bildirib.

Belə ki, Zelenski Sofiya meydanında keçirilən tədbir zamanı digərləri ilə yanaşı, xüsusi təyinatlı dəniz pilotsuz sistemlərinin 385-ci əlahiddə briqadasına döyüş bayrağını təqdim edib.

Qeyd edək ki, əvvəllər Ukrayna donanmasında belə bir bölmənin olması barədə ictimaiyyətə rəsmi məlumat verilmirdi.


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru