Dünyanın ən çox danışılan dilləri - SİYAHI

28-08-2023, 13:19           
Dünyanın ən çox danışılan dilləri - SİYAHI
Dünya İqtisadi Forumu dünyanın ən çox danışılan dillər ilə bağlı araşdırmasını dərc edib.

Cebhe.info xəbər verir ki, ən çox danışılan dillər - coğrafiya, iqtisadiyyat, kommunikasiya, informasiya və media, diplomatiya kateqoriyaları üzrə qiymətləndirilib.

Maraqlıdır ki, dünyada ən çox danışılan dilləri sırasında 6-sı Avropa ölkələrinə aidir.

1. İngilis - İngilis dili bütün dünyada ümumi anlaşma dili kimi ən çox istifadə olunan dildir.

2. Çin - Təxminən 1,2 milyard insan bu dildə danışır.

3. Fransız - Fransız dili xüsusilə, fəlsəfə və ədəbiyyat sahəsindəki istifadəsinin çoxluğu ilə diqqət çəkib. Afrikanın bir çox ölkəsi fransız dilini ana dili kimi istifadə edir.

4. İspan - İspan dili Latın Amerikası ölkələrində ən çox istifadə edilən dildir.

5. Ərəb - Ərəb dili bu siyahıda 5-ci yerdə qərarlaşmağı bacarıb.

6. Rus - Rus dili köklü ədəbiyyatı ilə ən çox istifadə edilən dillərdən birinə çevirilib.

7. Alman - Alman dili Avropa qitəsində ən çox danışılan və öyrənilən dillər sırasındadır.

8. Yaponiya - Yaponiya texnoloji inkişafı ilə diqqət çəkən bir ölkədir. Bu səbəbdən də yapon dili önə çıxan dillərdən birinə çevirilib.

9. Portuqal - Portuqal dili bir çox ölkələrin, xüsusilə Portuqaliya və Braziliyanın ana dilidir.

10. Hind - Bu dil istifadə edənlərin sayına görə ilk 10-luğa düşə bilib.

Qeyd edək ki, qonşu Türkiyənin ana dili olan Osmanlı türkçəsi siyahıda 18-ci yerdə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru