DTX-nın həbs etdiyi casus Fidan Əliyeva KİMDİR? – O, erməni xüsusi xidmət orqanı əməkdaşı ilə görün necə tanış olub

29-08-2023, 09:08           
DTX-nın həbs etdiyi casus Fidan Əliyeva KİMDİR? –
Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Fidan Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs sərbəst ifadə verib. O özünü ittihamlarda təqsirli bilməyib. Qeyd edib ki, o Ermənistanın xüsusi xidmət orqanları ilə məkdaşlıq etməyib: “Telegram kanalında bir nəfər Rusiya vətəndaşı ilə tanış olmuşam. Məqsədim tanışlıq olub. Mən ona Azərbaycan barədə məlumat vermək məqsədim olmayıb”.

Proses sentyabrın 25- də davam etdiriləcək.

İttihama görə, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Fidan Əliyeva “Telegram”sosial şəbəkəsində Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı ilə tanış olub. O uzun müddət həmin şəxsə Azərbaycan haqqında məlumatlar verib, foto və video görüntülər göndərib.

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Fidan Əliyeva saxlanılıb. \\News24.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru