Tibb dünyasını şoka salan hadisə: Qadının beynindən canlı qurd çıxarıldı

29-08-2023, 14:44           
Tibb dünyasını şoka salan hadisə: Qadının beynindən canlı qurd çıxarıldı
Avstraliyanın paytaxtı Kanberrada bir qadının beynindən əməliyyatla çıxarılan 8 santimetr uzunluğunda və 1 millimetr enində canlı qurd tibb dünyasını şoka salıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, həkimlər daha əvvəl insanlarda belə halın müşahidə olunmadığını bildiriblər.

"Emerging Infectious Diseases" jurnalının məlumatına görə, 64 yaşlı qadın 2021-ci ilin yanvar ayında qarın ağrısı və 3 həftə davam edən ishal, həmçinin quru öskürək, qızdırma və gecələr həddindən artıq tərləmə şikayətləri ilə xəstəxanaya müraciət edib.

2022-ci ildə qadının şikayətlərinə unutqanlıq və depressiya əlavə edildikdə, o, Kanberradakı xəstəxanaya göndərilib.

MRT müayinəsi edilən qadında anormal beyin fəaliyyəti aşkar edildiyi üçün əməliyyat olunmasına qərar verilib.

Həkimlər əməliyyat zamanı qadının beynindən uzunluğu 8 santimetr, eni 1 millimetr olan canlı qurdu çıxarıblar.

Müayinə üçün laboratoriyaya göndərilən "Ophidascaris robertsi” adlı qurdun adətən pitonlarda görülən parazit olduğu müəyyən edilib.

Həkimlər sözügedən hadisənin gələcəkdə xəstəliyin heyvanlardan insanlara keçmə təhlükəsininin olduğunu vurğulayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru