TIR-larımızın qarşısını kəsən ermənilər kimliyi üzə çıxdı

30-08-2023, 00:16           
TIR-larımızın qarşısını kəsən ermənilər kimliyi üzə çıxdı
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərdiyi iki yük maşını (40 ton) həcmində humanitar yükün Ağdam-Xankəndi yolundan keçməsinin qarşısını almaq üçün toplaşan bir qrup erməninin kimliyi üzə çıxıb.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, rus sülhməramlıların Ağdaç-Xankəndi yolundakı postuna yaxınlaşan ermənilər ora rusiyalı milyarder, bir müddət öncə xüsusi missiya ilə Xankəndiyə göndərilmiş Ruben Vardanyanın yaratdığı “ictimai” təşkilatın (“Qarabağ Təhlükəsizlik və İnkişaf Cəbhəsi”) üzvləridir və bura təşkilatın təşəbbüsü ilə (Vardanyanın tapşırığı ilə - red.) gəliblər. Başqa sözlə desək, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin TIR-larının Xankəndiyə daxil olmasına qarşı aksiyanı Vardanyan keçirir.

Bildirilib ki, əraziyə toplaşan onlarla erməni gənc artıq çadırlar qurmağa başlayıb, gecə-gündüz növbə çəkməyi düşünürlər.

Vardanyanın təşkilatının rəhbəri Arşak Abramyan erməni mediasına deyib ki, erməni silahlı dəstəsi də məntəqənin ərazisindədir.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu gün Xankəndiyə iki TIR humanitar yardım göndərib. Yardıma 40 ton un məmulatları daxildir. Hazırda yardım daşıyanlar Ağdam-Xankəndi yolundadır və humanitar yardım gətirdikləri ilə bağlı Rusiya sülhməramlılarını məlumatlandırıblar.

Humanitar yardım aparanların bu gün çadır quraraq, rus sülhməramlı postunun önündə qalacaqları bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru