Nazirlikdən məktəbli formaları ilə bağlı VACİB MÜRACİƏT

30-08-2023, 14:07           
Nazirlikdən məktəbli formaları ilə bağlı VACİB MÜRACİƏT
"Ümumtəhsil müəssisələrində məktəbli formaları ilə bağlı bir qayda var. Bu qayda ondan ibarətdir ki, məktəbin pedoqoji kollektivi nümunələr seçirlər və Nazirlər Kabinetinin müvafiq qaydasında həmin nümunələr qeyd edilib. Rəng və dizayn məktəbin foyesində qoyulur və ya məktəbin electron sistemində valideynlərə təqdim edilir”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov real tv-yə bildirib.

O əlavə edib ki, valideynlər həmin dizayna uyğun olaraq övladlarına forma ala bilərlər:

"Bu məsələ nazirliyin hər hansı sahibkarlıq missiyası yoxdur. Valideynlər məktəbli formasını istədiyi yerdən ala bilər. Məktəbli formasını hər hansı dərzidə də tikdirmək mümkündür”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.