Ən təhlükəli xərçəng növünü müalicə edən dərman tapıldı

31-08-2023, 13:54           
Ən təhlükəli xərçəng növünü müalicə edən dərman tapıldı
Avstraliyanın Qarvan Tibbi Tədqiqatlar İnstitutunun alimləri xərçəngin ən təhlükəli növlərindən birinə - mədəaltı vəzin adenokarsinomasına qarşı təsirli olan dərman tapıblar. Bu xəstəliyə tutulduqdan sonra pasiyentlərin beş il sağ qalma nisbəti 10 faizi keçmir.

Araşdırmanın nəticələri “Nature Cancer” jurnalında dərc olunub.

Məlumata görə, yeni preparat ( PXS-5505) şişlərdə lifli toxumaya (kimyaterapiyanın effektivliyini azaldan çapıqlar şəbəkəsinə) təsir göstərir.

Təcrübələr zamanı PXS-5505 kimyəvi terapiya ilə birlikdə sınaqdan keçirilib. Eksperimental heyvanlarda sağ qalma müddəti yalnız kimyaterapiyadan istifadə edən qrupla müqayisədə 35 faizdən çox olub.
Qarışıq terapiya həmçinin xərçəngin digər orqanlara, məsələn qaraciyərə yayılmasını (metastaz) 45 faiz azaldıb.

Hazırda preparat sümük iliyi xərçənginin müalicəsi üçün klinik sınaqların ikinci mərhələsindədir.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru