Dünyada ən bahalı kino biletlərinin satıldığı ölkə açıqlandı - SİYAHI

31-08-2023, 14:54           
Dünyada ən bahalı kino biletlərinin satıldığı ölkə açıqlandı - SİYAHI
Dünyada ən bahalı kino biletləri İsveçrədə satılır. Bu ölkədə biletin orta qiyməti 22,70 dollardır.

Oxu.Az-ın məlumatına görə, bu barədə “World of Statistics”in dərc etdiyi hesabatdan məlum olub.

Siyahıda ikinci yerdə 17,50 dollarla Danimarka, üçüncü yerdə isə 17,33 dollarla Səudiyyə Ərəbistanı qərarlaşıb.
Onları Finlandiya (16,30 dollar) və Norveç (14,17 dollar) izləyir.

Qeyd edək ki, Türkiyə kinoteatrda film izləmək üçün ən ucuz kino biletləri satılan ölkələr arasındadır. Belə ki, siyahının 38-ci yerində qərarlaşan qardaş ölkədə biletin orta qiyməti 3,40 dollardır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru