Ortada dolaşan şübhə, Priqojin ölüb ya bu əvvəldən düşünülmüş plandır... VİDEO

1-09-2023, 08:04           
Ortada dolaşan şübhə, Priqojin ölüb ya bu əvvəldən düşünülmüş plandır... VİDEO
Ölümündən əvvəl çəkilmiş kadrlar: “məni aradan götürmək istəyənlərə deyirəm...” –
Rusiyada hakimiyyətə qarşı üsyandan iki ay sonra təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojinin ölümündən əvvəl çəkilmiş kadrları yayılıb.
“Vaqner” PMC-yə yaxın Teleqram kanallarından birində dərc edilən kadrların, Priqojinin təyyarəsinin Rusiyada qəzaya uğramasından bir neçə gün öncə çəkildiyi bildirilir.
“Sağ olub-olmadığımı, vəziyyətimin necə olduğunu müzakirə edənlər üçün izah edim: Hazırda həftə sonudur, 2023-cü il avqust ayının ikinci yarısıdır, Afrikadayam. Məni aradan götürmək, şəxsi həyatımdan, pulumdan və ya başqa bir şeydən danışmaq istəyənlər üçün deyirəm, hər şey qaydasındadır”, - hərəkətdə olan avtomobildən kadrları yayılan Priqojin bildirir.
Qeyd edək ki, avqust ayının ikinci yarısında Priqojinin ölümündən əvvəlki həftə sonuna təsadüf edən günlər 19-20 avqust tarixləridir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru