Siqaret çəkən gənc kişilər gələcək övladlarının genlərini zədələyir – Alimlər

1-09-2023, 09:08           
Siqaret çəkən gənc kişilər gələcək övladlarının genlərini zədələyir – Alimlər
Böyük Britaniyanın Sauthempton Universiteti və Norveçin Bergen Universitetinin alimlər qrupu müəyyən ediblər ki, erkən yeniyetməlik dövründə siqaret çəkməyə başlayan oğlan uşaqları gələcəkdə doğulacaq uşaqlarına zərərli epigenetik xüsusiyyətləri ötürmək riski daşıyırlar.
Tribunainfo.az xəbər verir ki, araşdırma “Clinical Epigenetics” elmi jurnalında dərc olunub.

Mütəxəssislər 7-50 yaş arası 875 nəfərin epigenetik profilini araşdırıb, həmçinin onların atalarının siqaret çəkib-çəkmədiyini öyrəniblər. Onlar ataları ilk dəfə 15 yaşından əvvəl siqaret çəkən insanların genlərində dəyişikliklər aşkar ediblər. Genetik transformasiyalar astma, piylənmə və tənəffüs zamanı xırıltının inkişafı ilə əlaqələndirilib.
Tədqiqatın həmmüəllifi, doktor Nequs Kitabın sözlərinə görə, erkən yetkinlik dövründə oğlan uşaqlarında reproduktiv funksiyalara və irsiyyətə cavabdeh olan kök hüceyrələr qoyulur. Buna görə də, ataları erkən yaşda siqaret çəkən uşaqlarda epigenetik markerlərdəki dəyişikliklər yetkinlik dövründə siqaret çəkməyə başlayan kişilərin övladlarına nisbətən daha çox nəzərə çarpırır.
Alimlər qeyd ediblər ki, araşdırmanın nəticələri əhalinin sağlamlığı üçün ciddi fəsadlardan xəbər verir. Erkən yeniyetməlik dövründə siqaret çəkmək gələcək nəsillərin sağlamlığına onilliklər ərzində zərər verə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru