Fransanın əsgərlərini öldürən, qızlarını zorlayan erməni generalı - Tarixçidən faktlar

1-09-2023, 15:26           
Fransanın əsgərlərini öldürən, qızlarını zorlayan erməni generalı - Tarixçidən faktlar
“Bir neçə gündür Fransa mediası və rəsmləri Xankəndində yaşayan ermənilərə dəstək üçün beynəlxalq hüquq normalarını aşkar pozmaqda davam edirlər. Fransanın erməni sevgisi barədə kifayət qədər yazı var, amma fransızlara başa salan yoxdur ki, II Dünya müharibəsində Fransanın işğal olunması, yüzlərlə fransız əsgərinin ölümü, texnikaların məhvi və Paris başda olmaqla digər şəhərlərə talanlar həyata keçirən, fransız qızlarını zorakılığa məruz qoyan və dinc fransızlara və yəhudilərə qarşı soyqırım həyata keçirən məhz alman faşist ordusunun generalı, Hitlerin yaxın adamı olan erməni əsilli Haynts Vilhelm Quderyan olub”.

Ölkə.Az xəbər verir ki, bunu dosent Zaur Əliyev qeyd edib. O bildirib ki, İkinci Dünya Müharibəsi illərində faşist Almaniyasının sədaqətli xidmətçisi olan və törətdiyi cinayətlərdən əlləri qana bulaşanlardan biri də Vermaxt generalı Haynts Quderyan idi:

“Erməni mənbələrində Quderyan “erməni hərbi nəzəriyyəçisi” kimi təqdim edilir və onun nasist, hitler keçmişi arxa plana keçirilib onun cinayətlərini ört-basdır edirlər. Lakin reallığı və əlahəzrət faktları gizlətmək olmur.

Tarixi mənbələrə görə, Faşist Reyxi üçün çox işlər görmüş general Haynts Quderyan erməni əsilli olub: o, Rusiyadan Şərqi Avropaya köçmüş erməni ailəsindən olub, Polşada doğulub boya-başa çatıb.
Quderyan Polşa və Fransanın işğalında müstəsna rol oynayanlardan biri olub. Faşistlərin Fransa və Polşanın işğalı yüz minlərlə yəhudinin məhv edilməsinin və təqibinin səbəbkarı o idi.

Polşada minlərlə yəhudi soyqırıma məruz qalanda faşistlərin üzərində komandan məhz erməni Quderyan idi. Fransızları görməyə gözü olmayan erməni faşist Belçikadan keçərək Fransaya yaxınlaşanda ona mane olan yüzlərlə fransız əsgərinin və dinc sakinin meyitləri üzərindən oturduğu tankla keçmişdi. Təqdim etdiyim sənədə baxın. Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin məxfi qrifi altında yazılıb. Sənəd də qeyd edilir "Quderyan Varşavanın yerlə-yeksan edilməsinin əsas səbəbkarıdır”.

Dosentin sözlərinə görə, 1944-cü ilin 8 fevralında Quderyanın etibar etdiyi erməni legionu Fransanın partizanları və ordusuna qarşı döyüşmək üçün gətirilmişdi:
“Quderyan Fransanın tamam işğal edilib burada yüzlərlə yəhudi və fransız ailələri məhv edib. Hər şəhər işğal edildikdə talan edilən evlərdən Quderyana ayrıca qızıl, bahalı rəsm əsərləri və pullar göndərilirdi.
Fransızların doqquzuncu ordusu büsbütün məhv edildi. 80 kilometr məsafə qət edilib Sedan alındı. Mayın 21-də Quderyan Bulonu aldı və sonra Britaniya ekspedisiya korpusunu əsir götürdü. Mayın 25-27-də Belçika kralı III Leopold təslim oldu. Quderyan ona məxsus dəyəri milyonlarla ölçülən qiymətli rəsm əsərləri və əşyalar özünə götürdü.

Yüz minlərlə yəhudinin, polyakın, rusun, fransızın, ingilisin və digər millətlərin qatili olan Quderyan digər hərbi canilər kimi həbs edildi və 1945-ci ildə Nürnberq prosesində erməni lobbisinin təsiri ilə azad edildi”

Z.Əliyev bildirib ki, bu gün rus tədqiqatçılarının onun erməni olmadığını isbat etməyə çalışmasının səbəbi var:
“1941-ci ildə sovetlərdə belə bir lətifə yaranmışdı ki, Moskvaya doğru faşist tankları gəlir və başında da erməni durub. O vaxt rəhbərlikdə hamı gülürdü ki, erməni kimdir ki, rusun üzərinə gəlsin.
Lakin reallıq budur, babaları Osmanlı dövlətinə qarşı savaşan bir erməni əsilli hərbçi onlara kömək etmiş fransızları məhv edib, yəhudiləri soyqırıma məruz qoyub. Bu gün də ermənilərə dəstək verən fransızlar əmin olsunlar ki, sabah dünya Fransaya müharibə elan etsə, ilk gülləni onlara ermənilər atacaq”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru