“Pskov aerodromuna hücum Rusiya ərazisindən həyata keçirilib” - Kirill Budanov + FOTOLAR/VİDEO

2-09-2023, 11:18           
“Pskov aerodromuna hücum Rusiya ərazisindən həyata keçirilib” -
“Avqustun 30-na keçən gecə Pskovda Rusiyanın İl-76 hərbi-nəqliyyat təyyarələrinə pilotsuz uçuş aparatlarından hücum Rusiya ərazisindən həyata keçirilib”.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov açıqlama verib.

“Biz Rusiya ərazisindən (Pskovdakı aerodrom vasitəsilə – red.) işləyirik”, - deyə o qeyd edib.

Eyni zamanda o, hücumu kimin - Baş Kəşfiyyat İdarəsi əməkdaşları və ya partizanların törətdiyi ilə bağlı dəqiq məlumat verməyib. Budanov həmçinin hansı dronlardan və nə qədər sayda istifadə edildiyini dəqiq söyləməkdən imtina edib.

Kirill Budanovun sözlərinə görə, təyyarələrdən ikisi məhv edilib, ikisi isə ciddi şəkildə zədələnib.

Həmçinin hücum zamanı istifadə edilən dronlardan birinin infraqırmızı kamerasından skrinşot əldə edilib. Eyni zamanda təyyarənin vurulma anını görüntüləri əldə edilib.

Bombaların yerli “dispetçer” tərəfindən idarə olunan pilotsuz uçuş aparatlarından atılıb. Bu da Budanovun sözləri ilə uyğunluq təşkil edir ki, zərbə Rusiya daxilində, ehtimal ki, bazaya çox yaxın ərazidən həyata keçirilib, uzaq mənzilli avtonom dronlardan istifadə edilməyib.

Xatırladaq ki, avqustun 30-na keçən gecə Rusiyanın Pskov vilayətində hərbi aerodromda pilotsuz təyyarənin hücumu nəticəsində iki İl-76 hərbi-nəqliyyat təyyarəsi yanıb.






Mənbə: Pravda.com.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru