Ermənistanın Qarabağa göndərdiyi 400 ton yük xarab olub? - Rəsmi açıqlama

2-09-2023, 09:51           
Ermənistanın Qarabağa göndərdiyi 400 ton yük xarab olub? - Rəsmi açıqlama
Bir aydan çoxdur ki, Ermənistandan Qarabağa göndərilən və içərisində 400 tona yaxın qanunsuz yükün olduğu “Spayka” şirkətinə məxsus 22 yük maşını Ermənistan-Azərbaycan sərhədində dayanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat verib.

Erməni nəşri yazır ki, 400 tonluq yükə daxil olan malların çoxu gec xarab olan məhsullar olsa da, 1 aydan çoxdur ki, TIR-ların sərhəddə dayanması nəticəsində şirkət külli miqdarda ziyana uğrayıb.

Qəzetin məlumatına görə, yük maşınlarının orada nə qədər qalacaqları hələlik məlum deyil.

Şirkətin hüquq departamentinin rəhbəri Mher Qazaryan isə bildirib ki, avtomobillər dövlətə eksklüziv olaraq pulsuz verilib və yük maşını sürücülərinin dayanma müddətini, habelə digər xərcləri onların şirkəti ödəyir.

Gorunzurda (Kornidzor) nə qədər qalacaqları ilə bağlı sualı cavablandıran Qazaryan əlavə edib ki, nə qədər lazımdırsa, o qədər də qalacaqlar. Onun sözlərinə görə, şirkət rəhbərliyi yüklərin sərhəddən buraxılacağına ümid edirlər.

Qeyd edık ki, Azərbaycanın göndərdiyi 40 ton un separatçılar tərəfindən qəbul edilmir. Bu isə bölgədə "humanitar fəlakət"in hökm sürdüyünə dair iddiaların əsassız olduğunu göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru