Azərbaycan-Ermənistan sərhədində gərginlik davam edir
4-09-2023, 08:07

Azərbaycan Müdafiə Nazirliyi şənbə günü axşam saatlarından başlayaraq bazar gününə keçən gecə Ermənistan hərbçiləri tərəfindən Daşkəsən və Naxçıvandakı mövqelərinin “fasilələrlə atəşə tutulduğunu" açıqlayıb. Ermənistan Müdafiə Nazirliyi şənbə günü axşam Azərbaycan tərəfindən mövqelərinin "atəşə tutulduğunu" bildirib.
Azərbaycan-Ermənistan sərhədində cümə günü başAzərbaycan Müdafiə Nazirliyi şənbə günü axşam saatlarından bazar gününə keçən gecə Daşkəsən və Naxçıvandakı bölmələrinin “fasilələrlə atəşə” tutulduğunu bildirib. Ermənistan Müdafiə Nazirliyi şənbə günü axşam Azərbaycan tərəfindən mövqelərinin "atəşə tutulduğunu" bildirib. verən atışmalarda Ermənistan Müdafiə Nazirliyi 3 hərbçisinin həlak olduğunu, 2 hərbçisinin yaralandığını, Azərbaycan Müdafiə Nazirliyi isə üç hərbi qulluqçusunun yaralandığını açıqlayıb.
Tərəflər atəşkəsin pozulmasına görə, bir-birinin məsuliyyət daşıdığını bildirib.
Azərbaycan-Ermənistan sərhədində ölüm və yaralanma ilə nəticələnən davamlı atışma Xankəndində ərzaq çatışmazlığı probleminin həlli ilə bağlı müzakirələrin intensivləşdiyi və Qarabağda siyasi vəziyyətin gərginləşdiyi bir vaxta təsadüf edir.
Azərbaycan MN bazar günü yaydığı məlumatında bildirib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Daşkəsən rayonunun Astaf və Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan “fasilələrlə atəşə” tutub.
“Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb”, - Azərbaycan MN-nin məlumatında vurğulanıb.
Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, şənbə günü günortadan sonra Azərbaycan hərbi qüüvələri onların Norabak kəndi yaxınlığındakı mövqelərini atəşə tutublar, Armenpress yazıb.
Azərbaycan Müdafiə Nazirliyinin şənbə günü açıqladığı məlumata görə, Ermənistan hərbçiləri Sotk istiqamətində yerləşən mövqelərindən Azərbaycanın üzbəüz mövqelərini "minaatanlardan atəşə tutub".
“Azərbaycan tərəfi cavab tədbirləri görüb”, - nazirlik bildirib.
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin yaydığı "məlumatın növbəti dezinformasiya” olduğunu açıqlayıb.
Qurum bildirir ki, “Azərbaycan bu yolla təxribatın davam etdirilməsi üçün informasiya bazası hazırlayır”.
Şənbə günü səhər saatlarında Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın PUA stansiyasını "məhv etdiyini" açıqlayıb, Ermənistan Müdafiə Nazirliyinin bununla bağlı açıqlaması hələ ki, yoxdur.
Azərbaycan Müdafiə Nazirliyi şənbə günü bildirib ki, Şahbuz və Kəlbəcər rayonları istiqamətində yerləşən mövqelərində kəşfiyyat uçuşları keçirməyə cəhd edən Ermənistana məxsus pilotsuz uçuş aparatlarının (PUA) səyyar yerüstü idarəetmə stansiyası "məhv edilib".
Nazirlik qeyd edir ki, “bu stansiyadan Azərbaycan ordusunun müxtəlif istiqamətlərdə yerləşən mövqeləri üzərində kəşfiyyat aparan və zərbə endirən PUA-ların idarə olunması üçün istifadə olunurmuş”.
Ermənitsan Müdafiə Nazirliyi hələlik bu xəbərə münasibət bildirməyib.
Azərbaycan və Ermənistan müdafiə nazirliklərinin ötən gün yaydığı açıqlamalarında tərəflər bir-birini Kəlbəcər-Sotk istiqamətində bir-birinin mövqeyini atəşə tutmaqda ittiham edib.
Azərbaycan Müdafiə Nazirliyi şənbə günü həmçinin, bildirib ki, “Qarabağda Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən növbəti dəfə Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar edən xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq edilib.
Ermənitsan Müdafiə Nazirliyi xəbəri şərh etməyib.
Şənbə günü Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, “cümə günü Paris-Pekin marşrutu üzrə uçuş edən ABŞ Hava Yollarının B-77L tipli sərnişin təyyarəsinə saat 11:15-dən -11:36-dək, Təl-Əviv-Bakı marşrutu üzrə uçuş edən İsrail Hava Yollarının C-650 tipli sərnişin təyyarəsinə saat 13:30-dan -13:58-dək radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb.
“Baş verənlərlə bağlı Rusiya sülhməramlılarının komandanlığı məlumatlandırılıb”, Azərbaycan Müdafiə Nazirliyi xəbər verir.