Sentyabrda güclü maqnit qasırğaları olacaq - TARİXLƏR AÇIQLANDI

4-09-2023, 14:14           
Sentyabrda güclü maqnit qasırğaları olacaq - TARİXLƏR AÇIQLANDI
Sentyabrda Yer kürəsini maqnit qasırğaları bürüyəcək.

Bu barədə ABŞ Milli Okeanoqrafiya və Atmosfer Agentliyinin Kosmik Hava Proqnozları Mərkəzi məlumat yayıb.

Məlumata görə, geomaqnit sahəsinin ən yaxın pozulması artıq 6-8 sentyabrda gözlənilir.

Ay ərzində daha üç maqnit qasırğası dalğası müşahidə olunacaq.
“Geomaqnit sahəsinin növbəti daha aktiv həyəcanını sentyabrın 14-də gözləmək lazımdır. Sonrakı günlərdə, yəni sentyabrın 15-dən 17-dək də maqnit qasırğaları mümkündür, lakin daha az intensivlikdə”, - məlumatda deyilir.

Eyni zamanda, bu ayın son maqnit qasırğası sentyabrın 23-də proqnozlaşdırılır.

Mənbə: tsn.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru