Sosial şəbəkələr yuxunu pozur

5-09-2023, 11:38           
Sosial şəbəkələr yuxunu pozur
ABŞ-nin Kaliforniya Universitetinin alimləri apardıqları eksperiment zamanı belə qənaətə gəliblər ki, yuxusuzluq, habelə keyfiyyətsiz yuxu tələbələrin sosial şəbəkələrdən asılılıq və onların xroniki yorğunluğu ilə düz mütənasibdir.

Publika.az xəbər verir ki, tədqiqatçılar bir həftə ərzində 76 tələbə (42 qız və 34 oğlan) arasında anket sorğusu aparıblar. Bütün könüllülərin sosial şəbəkələrdə profilləri olub. Eksperiment iştirakçıları hər gün anket sorğusunda iştirak edərək, necə yatdıqları və gündəlik rejimləri barədə məlumat veriblər.

Mütəxəssislər müəyyən ediblər ki, yuxusuzluq və az yatmaq sosial şəbəkələrə aludəçiliyin səbəb olduğu ümumi xroniki yorğunluqla düz mütənasibdir.

İngilis alimlər isə valideynlərə uşaqlarına saat 22:00-dan sonra telefondan istifadəni qadağan etməyi məsləhət görürlər.

Araşdırmalara əsasən, sosial şəbəkələrdən istifadə edən gənclərdə yuxusuzluq və fiziki zəiflik problemi yaranır. Xüsusilə saat 22:00-dan sonra bu problem sürətlənir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru