Lentsov Qarabağdan buna görə qaçıb - ermənilərin iddiası

5-09-2023, 12:59           
Lentsov Qarabağdan buna görə qaçıb - ermənilərin iddiası
Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının yeni komandanının təyinatı ortaya bəzi maraqlı məqamları çıxarıb.

Teref.az Globalinfo.az-a istinadən xəbər verir ki, erməni mediası general-polkovnik Aleksandr Lentsovun Qarabağdan uzaqlaşdırılmasının səbəblərini yazıb.

Qeyd olunur ki, buna səbəb A.Lentsovun peşəsini biznesə çevirməsidir.

O, separatçılara yanacaq satmaq və yerli əhalinin qeyri-qanuni daşımasını həyata keçirməklə özünə sərvət toplayıb. Əslində, A.Lentsov A.Volkovun yaratdığı sxemi dağıtmaq üçün vəzifə başına gətirilsə də, rusiyalı general böyük məbləğdə pullardan imtina edə bilməyib. Yekunda isə topladığı pullarla birlikdə Qarabağı tərk edib.

Qeyd edək ki, sülhməramlıların yeni komandanı general-mayor Kirill Kulakov olub. O, sentyabrın 3-dən vəzifəsinin icrasına başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru