İcra Başçısı Ayaz Əsgərov Yardımlıya çılçıraq quraşdırır - 222 min AZN-lik müqavilə

5-09-2023, 15:39           
İcra Başçısı Ayaz Əsgərov Yardımlıya çılçıraq quraşdırır -
Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının Yardımlı Şəhər ərazi Nümayəndəliyinin Müxtəlif abadlıq-bərpa işlərinin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

Teref.az 32gun.az-a istinadən xəbər verir ki, tenderin qalibi “KASPİAN STANDART” MMC olub . Tərəflər aradında 222.114,21 AZN-lik müqavilə imzalanacaq.

Tenderə əsasən 3-cü qr torpağın əl ilə qazılması, çalaların əl ilə doldurulması, beton bünövrənin düzəldilməsi, polad işıq dirəklərin quraşdırılması 2 başlıqlı, çilçıraqların qoyulması: lüminisent lampalı və s işlər görülməlidir.

Bildirək ki, Nizamnamə kapitalı 10 AZN olan “KASPİAN STANDART” MMC-nin qanuni təmsilçisi FUAD NƏSRULLAYEV NAZİM OĞLUdur.

Xatırladaq ki, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru