Hesabat: Rusiya ordusu sıralarında yüksək dərəcədə tükənmə müşahidə olunur

24-09-2023, 11:34           
Hesabat: Rusiya ordusu sıralarında yüksək dərəcədə tükənmə müşahidə olunur
Böyük Britaniyanın Müdafiə Nazirliyi şənbə günü Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı gündəlik kəşfiyyat məlumatında bildirib ki, Rusiyanın ən nüfuzlu hava-desant alaylarından birindəki vəziyyət Rusiyanın Ukraynaya yerləşdirilən ordusunda, o cümlədən yüksək rütbələri zabitləri arasında “həddindən artıq tükənmə və yüksək əvəzlənmə” nisbətlərini vurğulayır.

Nazirlik bildirib ki, 247-ci Qvardiya Hava Hücum Desant Alayının ardıcıl üç komandiri ya istefa verib, ya da öldürülüb. Kəşfiyyat məlumatında deyilir ki, birinci, birlik komandiri polkovnik Konstantin Zizevski Rusiyanın hərbi müdaxiləsinin başlarında öldürülüb. Ardınca isə, polkovnik Vasili Popov çox güman ki,” bu ayın əvvəli “mübahisəli Orixiv sektorunda öldürülüb.”

Bu arada isə polkovnik Pyotr Popov ordunun həlak olan ruslarən cəsədlərini toplamaya bilməmələrinə etiraz etdikdən sonra avqustda 247-ci komandanlığından “çox güman ki, istefa verib,” nazirlik bildirib.

Ukrayna cümə günü Krımda Rusiya donanmasına hücumun məsuliyyətini üzərinə alıb. Bu hücum Moskvaya böyül sərbə vurdu. Belə ki, strateji əhəmiyyətl liman son aylarda silsilə hücumlara məruz qalıb.

“Donanmanın qərargahı düşmənin hücumu nəticəsində vurulub,” Sevastopolun Rusiyanın təyin etdiyi meri Mixail Razvojayev deyib.

Sosial mediada yayılan videoda Rusiya donanmasının bölgədəki qərargahından qalın qatı tüstü çıxdığını göstərilir.

“Ukraynanın müdafiə qüvvələri müvəqqəti işğal olunan Sevastopol şəhərində Rusiyanın Qara Dəniz donanmasının qərargahına uğurlu hücum edib,”Ukrayna ordusu Telegram-da yazıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bir hərbi qulluqçu itkin düşüb. Nazirlik bildirib ki, Qara Dəniz Donanmasının tarixi qərargahına ziyan dəyib.

Krım qubernatorunun müşaviri Oleq Kryuçkov bildirib ki, eyni vaxtda Krım yarımadasının internet provayderləri “görünməmiş kiberhücum”a məruz qalıb.

Müharibə Tədqiqat İnstitutu cümə axşamı bildirib ki, Ukrayna son həftələrdə Krımda hərbi dəniz obyektlərini getdikcə daha çox hədəfə almağa başlayıb, yayda başlatdığı əks-hücumu nəticəsində isə Ukraynanın şərqində və cənubunda yavaş-yavaş irəliləyişlər əldə edir.

Hərbi ekspertlər deyir ki, Ukraynanın Rusiyanın əhvalını pisləşdirmək və ordusunu zəiflətmək üçün Krımdakı hədəflərinə hücumlarını davam etdirməlidir.

Hücum Rusiyanın Ukrayna boyu bir neçə şəhərə raket və artilleriya zərbələri endirərək, azı beş nəfəri öldürməsindən sonraya təsadüf edir.

Rusiyanın hücumu nəticəsində Ukraynanın şərq cəbhəsində yaxın Donetsk şəhərinin qərbinə yaxın bir qəsəbədə ən azı 13 nəfər yaralanıb.
//www.amerikaninsesi.org/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.