Azərbaycanda internetin sürəti artıb?

29-10-2023, 00:01           
Azərbaycanda internetin sürəti artıb?
Bu ilin mart ayında Azərbaycan mobil internetin sürətinə görə 140 ölkə arasında 39.46 MB/S sürətlə 54-cü yerdə qərarlaşıb.

Bu məlumat “SpeedTest”in hesabatında öz əksini tapıb.

Hazırda ölkəmizdə internetin sürəti ötən illə müqayisədə 7 pillə yaxşılaşıb. Belə ki, ötən il Azərbaycan mobil internet sürətinə görə dünyada 61-ci yeri tutub.

Məsələ ilə bağlı “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”nın (AİKTSA) İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov Cebhe.info-ya bildirib ki, artıq ölkənin 50 faizi fiber-optik internet şəbəkəsinə qoşulub:

“Azərbaycan digər ölkələrlə müqayisədə mobil internet sahəsinə böyük həcimdə investisiya yatırıb. “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2024-cü ilin sonuna qədər 50 mbit/s internet sürəti ilə bütün ölkəni əhatə edən genişzolaqlı şəbəkə qurulacaq. Bu isə o deməkdir ki, artıq hava şəraitindən aslı olmayaraq internetin pisləşməsi qeyri-mümkündür.

Qeyd edim ki, bundan öncə internet çəkilişi zamanı ilk olaraq rabitə dirəkləri basdırılırdı, daha sonra mis kabellərdən istifadə olunmaqla xətlər çəkilirdi. Nəticədə anomal hava şəraiti zaman internetin verlişində problemlər yaşanırdı. Amma fiber-optik kabellər yerin altından keçir və havanın mənfi təsirinə məruz qalmır. Məhz kabellər yerin altından keçdiyindən daha mis kabellerə ehtiyyac da qalmır”.

Həmçinin ekspert internetin sürətinin zəif olmasına da aydınlıq gətirib:

“Bu zaman insanlar aldıqları tarif paketə gərək diqqət etsinlər. Son illərdə dünyada texnologiya inkişafı həddindən artıq sürətlə inkişaf edir. İnternet infrastrukturu da artıq dəyişib. Bir daha qeyd edirəm ki, insanlar aldığları paketə diqqət etsinər. Məsələn, bu gün əhalinin böyük bir qismi asağı paketli trafikli internetdən istifadə edir. Əgər ailədə 5 və ya 6 nəfər varsa, hər kəs də eyni anda internetdən istifadə elədiyi zaman internetin sürəti zəifləyəcək. Amma problemi tək bununlada əlaqələndirmək düzgün olmaz. Eyni zamanda problem həm modemdə, həm də kompüterdə ola bilər”.

Elvin Abbasov bildirib ki, ötən illərlə müqayisədə internetin kəsilməsi ilə bağlı kütləvi narazılıqlar xeyli azalıb:

“Hazırda narazılıqlar azdır. Amma burada əsas məsələ odur ki, bəzi vətəndaşlar problemi araşdırmadan bildirirlər ki, internetdə problem var. Bəlkə də mövcud problem ümümi deyil. Öz şəxsi individual problemini araşdırmadan internetdə problem var deyir.

Bu şəxslər nə internetin paketini, nə də avadanlıq amilini diqqətə alırlar. İnsanlar ilk öncə daxildə internet problemini araşdırsalar yaxşı olar. Modemi yoxlamadan başqa amillərə diqqət etmədən, internetdə problem var deməklə problemi həll etmək olmaz. Problemin səbəbini bilmək lazımdır”.

Həsən Məmmədov
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.