Hansı sektor daha güclü müdafiə olunur : dövlət, yoxsa özəl ?

31-10-2023, 07:34           
Hansı sektor daha güclü müdafiə olunur : dövlət,  yoxsa özəl ?
XRİTDX və DTX-nin təşkil etdiyi "Kibermüharibə" başa çatdı.
Sektorun inkişafı və kadrların hazırlanması, bacarıqların dəyərləndirilməsi və bu sahəyə maraq yaradılması baxımından çox faydalı bir tədbir idi.
Bir neçə ay çəkən bu yarışmada kritik qurumların, əsasən dövlət və özəl sektorun, bankların kiber komandaları təmsil etdikləri qurumların kiber təhlükəsizliyini necə qoruyacaqlarını nümayiş etdirdilər.
Yarışmanın ötən həftənin sonu baş tutan yekun mərhələsində ilk üç yerin qalibləri, SOCAR, Azercell və Prezidentin Təhlükəsizlik Xidmətinin kiber komandaları olub.
Təşkilatçılıq yüksək səviyyədə idi. Hansısa ədalətsizlik və tərəfkeşlik halları haqqında indiyədək nəsə qarşıma çıxmayıb.
Beləliklə, nəzərə alsaq ki, Azercell də dövlət şirkətidir, görünən odur ki, ölkənin kiber sektorunda ən güclülər DÖVLƏT sektorundadır.
Elə finalda yarışan 20 komandanın da yekun nəticələri bunu deməyə əsas verir.
Ballara baxanda görsənir ki, dövlət sektoru daha üstündür.
Özəl sektor, xüsusən banklar bu haqda ciddi düşünməlidirlər.
Düşünürəm ki, qərar qəbul edənlər, maraqlı tərəflər kibertəhlükəsizliklə və kritik infrastrukturla bağlı sahənin inkişafına, bu sahəyə resursların ayrılması və ondan effektiv istifadə məsələlərinə diqqəti artırmalıdırlar.
P.S. XRİTDX hələlik fərdi formada keçirilən kiber yarışmanın nəticələrini açıqlamayıb.
Odur ki, bəzi Universitetlər qaliblərin məhz onların tələbələri olduqlarını bildirirlər.
Osman Gunduz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru