Şampan içkisinin beyinə faydası tapıldı

31-10-2023, 09:54           
Şampan içkisinin beyinə faydası tapıldı
Normal miqdarda, həddi aşmadan şampan orqanizmə faydalı olub, yaşla bağlı dəyişlikləri profilaktika edə bilər.

“Medicina” xəbər verir ki, Redinq Universitetinin alimləri elmi araşdırmalarında şampanın beyinə təsirini öyrənib.

Belə ki, içkidə olan fenol birləşmə beynin bəzi qavrama və yaddaş hissələrinə təsir edir. Alimlər müəyyən edib ki, həftədə 2-3 qədər şampan beynin degenerativ xəstəlikləri, o cümlədən Alsheymerə qarşı effektivdir.

Şampanın belə müsbət təsiri həm də antioksidant olması ilə əlaqədardır. Onun hazırlanmasında istifadə edilən üzüm orqanizmdə iltihabın qarşısını alır. Şampan şərabı xüsusi fermentasiyadan keçdiyi zaman onda vitamin və minerallar qalır.

Buna görə şampanın ürəyə də təsiri var. Belə ki, onda olan resveratrol əsas damarların zədələnməsinin qarşısını alır, tromb əmələ gəlməsinə qarşıdır.

Şampan qandan azt oksidin çıxmasını yavaşıdır. Məhz azot turşusu damarları rahatladır, təzyiqi salır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru