“Ginnesin Rekordlar Kitabı” Portuqaliyada ölən ən yaşlı itin yaşını dəqiqləşdirəcək

31-10-2023, 13:14           
“Ginnesin Rekordlar Kitabı” Portuqaliyada ölən ən yaşlı itin yaşını dəqiqləşdirəcək
“Ginnesin Rekordlar Kitabı” Portuqaliyada ölən ən yaşlı itin yaşını dəqiqləşdirmək fikrinə düşüb.

Sosial şəbəkələrdə Bobinin 1999-cu ildə çəkildiyi fotoşəkil aktiv surətdə müzakirə olunmağa başlayıb. İstifadəçilər fotodakı itin pəncələrinin rənginin müasir fotolarda görünəndən fərqli olduğunu iddia edirlər.

Bundan başqa, baytarlar da itin yaşının adətən sahibinin ifadələri əsasında müəyyən edildiyini vurğulayaraq şübhələrini bildirirlər.
Qeyd edək ki, Bobi 31 il 165 gün yaşayıb və oktyabrın 21-də Portuqaliyanın Konqeyruş kəndində, Kosta ailəsi ilə birlikdə bütün ömrünü yaşadığı evində vəfat edib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru