Yaxşı sabunu necə seçək? - Dermatoloqdan məsləhət

2-11-2023, 13:04           
Yaxşı sabunu necə seçək? -
Sabun seçərkən nəyə daha çox diqqət etməli olduğumuz barədə rusiyalı dermatoloq və kosmetoloq Natalya Rudıka danışıb.

Onun fikrincə, sabunun tərkibi nə qədər təbii olsa, bir o qədər yaxşıdır.

“Sabunun tərkibində sintetik səthi-aktiv maddələr, polietilen qlikollar, trietanolaminlər, sintetik boyalar, ətirlər və aromatizatorlar olmamalıdır”, - deyə mütəxəssis bildirib.

“Təbii sabun bitki yağlarının yağ turşularının duzlarıdır. Buna görə də, onun güclü ətri və rəngi olmayacaq. Yuyucu vasitənin tərkibində dərman bitkiləri, gil, minerallar, müalicəvi palçıq və ətir üçün efir yağları da olsa, yaxşıdır”, - deyə Rudıka vurğulayıb.
Dermatoloq onu da əlavə edib ki, bərk sabun maye sabundan daha təhlükəsizdir.

Mənbə: Rambler












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru