Çəkiliş zamanı Maskın maşınına dəyən ox parça-parça oldu - VİDEO

3-11-2023, 12:14           
Çəkiliş zamanı Maskın maşınına dəyən ox parça-parça oldu - VİDEO
“Tesla” şirkətinin elektrik pikapı “Cybertruck” oxla sınanıb. Nəticə məşhur amerikalı aparıcı Co Roganı şoka salıb.

Sınaqlar idman şərhçisinin canlı yayımı zamanı həyata keçirilib. Veriliş zamanı “Tesla”nın baş direktoru İlon Mask aparıcını oxdan istifadə edərək “Cybertruck”ın gövdəsinin möhkəmliyini sınamağa dəvət edib.

Nəticə isə Roqanı heyran qoyub.

“Aman Allahım. Ox, parça-parça olub, ucluq yastılanıb. Bu təsiredicidir”, - deyə o, təəccübünü gizlədə bilməyib.
Xatırladaq ki, “Cybertruck”ın 2019-cu ildə təqdimatı uğursuzluqla nəticələnmişdi. Həmin vaxt dizaynerlərdən biri zirehli maşının pəncərəsinə metal şar atmışdı, bundan sonra pikapın pəncərəsi qırılmışdı.


Mənbə: Daily Mail












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru