Həbsdəki jurnalist Penitensiar Xidmətdən NARAZIDIR - ACLIĞA BAŞLADI

3-11-2023, 17:51           
Həbsdəki jurnalist Penitensiar Xidmətdən NARAZIDIR - ACLIĞA BAŞLADI
Hazırda həbsdə olan jurnalist Azər İsrafilov aclıq aksiyasına başlayıb. Jurnalistin ailə üzvlərinin verdiyi məlumata görə, A.İsrafilovun aclığa başlamasına səbəb Penitensiar Xidmət tərəfindən onun qanunvericilikdə nəzərdə tutulmuş hüququnun pozulmasıdır. DİA.AZ bildirir ki, bu barədə jurnalist Anar Məmmədov paylaşım edib.

DİA.AZ bildirir ki, A.İsrafilov cəzasının böyük hissəsini çəkdiyindən vaxtından əvvəl azadlığa çıxması üçün məhkəmə qarşısına çıxarılmalı olduğu halda, Penitansiar Xidmət onun bu hüquqdan məhrum edib. Komissiya onun vaxtından əvvəl azadlığa çıxması ilə bağlı müsbət rəy verməyib. Səbəb kimi onun hələ də islah olunmamasını, zərərçəkmişə dəymiş ziyanı ödəmədiyini göstərib.


A.İsrafilov hüquqlarının bərpa olumasına qədər aclığı dayandırmayacağını bildirib. O, haqlı etirazının Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidova və Məhkəmə-hüquq şurasının sədri İnam Kərimova çatdırılmasını xahiş edir.

Qeyd edək ki, A.İsrafilov müxtəlif vaxtlarda ANS, İTV kanallarında çalışıb. O, jurnalist Məhsəti Şərifin qardaşı Elvin Şərifovun şikayəti ilə həbs olunub. Polis orqanlarından xidməti nöqsanlara görə çıxarılan Elvin yenidən işə bərpa olunması üçün A.İsrafilova pul verib, lakin sonuncu verdiyi vədə əməl etməyib. Elvin sonradan polisə bərpa olunub və qısa müddət sonra təqaüdə çıxaraq Avropaya köçüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru