Yaddaşı 12 həftəyə gücləndirən ərzaq tapıldı

4-11-2023, 08:04           
Yaddaşı 12 həftəyə gücləndirən ərzaq tapıldı
Toxoku universitetinin alimləri 60 yaşdan yaddaşı aktiv saxlamaq və gücləndirmək üçün ən təsirli qidanı açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, son tədqiqatlar göstərib ki, məşhur yapon qidası, suşi yanında daha çox verilən vasabi ədviyyatı antioksidant və iltihabəleyhinə təsir edir.

Eləcə də qidaya müxtəlif bitki və ədviyyatların daxil edilməsi, xüsusən sarımsaq və zəncəfil yaddaşı gücləndirir.
Təcrübədə 50-80 yaş arası psixi pozulması və ürək xəstəliyi olmayan insanlar iştirak edib. 12 həftə ərzində onlar yuxudan əvvəl 100 mq vasabi ekstraktı qəbul ediblər.
Vasabi qəbul edənlərin işlək yaddaşı artıb.
Eləcə də onlarda üzdən tanıma, adları xatırlama qabiliyyəti yaxşılaşıb.
Alimlər hesab edir ki, koqnitiv funksiyanın yaxşılaşmasının səbəbi hipokampda iltihabın azalması, eləcə də beyin hüceyrələrinin sərbəst radikallardan qorunmasıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru