Xarici ölkələrə ezamiyyə xərcləri nə qədərdir?

4-11-2023, 08:48           
Xarici ölkələrə ezamiyyə  xərcləri nə qədərdir?
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına müraciət edən işçilər - Türkiyə dövlətinə ezamiyyə xərcinin məbləği ilə maraqlanırlar.
Bununla əlaqədar bildirirəm ki,xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük norması AR Nazirlər Kabinetinin qərarına ilə müəyyən edilir. Nazirlər Kabinetinin Qərarına əsasən, Türkiyə Respublikasında 1 günlük ezamiyyə norması - 150 avro, Ankara və İstanbul şəhərlərində isə - 165 avro təşkil edir.
Ezamiyyə xərclərinin 1 günlük normasına: gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlər ilə bağlı xərclər daxildir. Nəqliyyat xərcləri (ezam olunma yerinə getmək və qayıtmaq, ölkə-daxili xərclər) təqdim edilən sənədlər əsasında ödənilir.
İşçiləri xarici ölkəyə ezamiyyəyə göndərən idarə və təşkilatlar xarici ezamiyyə xərclərini, bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitləri mövcud qanunvericiliyə uyğun olaraq xarici valyutaya çevirməklə ödəyirlər.
Azər Quliyev
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.