Misirdə 2500 illik məzar tapıldı - FOTO

4-11-2023, 15:05           
Misirdə 2500 illik məzar tapıldı - FOTO
Çex arxeoloqları 2500 il əvvəl yaşamış qədim Misirin mötəbər şəxsinin məzarını aşkar ediblər.

Məlumata görə, bu, 2023-cü ilin ən böyük arxeoloji tapıntılarından biridir.

Sərdabə qədim Misir hökmdarlarının, onların qohumlarının və ən yüksək rütbəli şəxslərinin Memfis yaxınlığındakı nekropolunun ərazisində yerləşir. O, əla vəziyyətdə qalıb. Arxeoloqlar mərhumun kimliyini təyin edə biliblər. Onun adı Cehutiemhat olub və o, fironun şəxsi katibi vəzifəsində çalışıb.

Sərdabə qədim Misir fironlarının XXVI və ya XXVII sülalələrinin hakimiyyəti dövrünə təsadüf edir.



TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru