İsrail-HƏMAS savaşı nə zaman bitəcək? - ABŞ

6-11-2023, 10:21           
İsrail-HƏMAS savaşı nə zaman bitəcək? - ABŞ
Vaşinqton İsrail və Fələstin arasındakı münaqişənin nə vaxt bitəcəyini proqnozlaşdırmaqdan çəkinir, lakin inanır ki, heç nə HƏMAS hücumlarından əvvəlki kimi olmayacaq.

Axar.az xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik müşavirinin müavini Con Fayner deyib.

"Münaqişənin sona çatmasına nə qədər yaxın olduğumuz və ya olmadığımız barədə spekulyasiya etmək istəmirəm.

Bununla belə, deyəcəyəm və Prezident Bayden də bunu çox açıq şəkildə ifadə etdi ki, münaqişə nə vaxt bitsə də, vəziyyət 7 oktyabrdan əvvəlki halına qayıtmayacaq. Nə Qəzzada, nə də Qərb sahilində... (İordan çayı - red.)", - o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru