“Əhməd Vəliyev kimdir ki, mənimlə dost olsun?“ - Ramiz Mehdiyev

6-11-2023, 15:37           
“Əhməd Vəliyev kimdir ki, mənimlə dost olsun?“ - Ramiz Mehdiyev
Bir neçə gün öncə mətbuatda fəaliyyəti dayandırılmış “Muğanbank” ASC-nin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailə üzvləri, Odlar Yurdu Universitetinin rektoru, sabiq deputat Əhməd Vəliyev və oğullarına məxsus olması ilə bağlı məlumat yayılıb.

Manset.az məsələ ilə bağlı Ramiz Mehdiyevlə əlaqə saxlayıb. O, açıqlamasında yayılan məlumatları inkar edib:

“Bu məlumatlar qəti yalandır. Mənim qızımın orda səhmləri yoxdur. Əhməd deputat olub, tanıyıram. Mənim onunla heç bir dostluğum olmayıb. Deyirlər ki, Əhməd Vəliyev mənimlə ailəvi yaxındır. Bunlar hamısı boş söhbətlərdir, yalandır. Əhməd kimdir ki, mənimlə dost olsun. Ümumiyyətlə, onunla əlaqəmiz olmayıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru