İsrailə hücum planı hazırlayanın illər öncə öldüyü bildirilib

13-11-2023, 09:54           
İsrailə hücum planı hazırlayanın illər öncə öldüyü bildirilib
HƏMAS-ın son illərdə İsrailə qarşı ən böyük hücumunun əks-sədaları davam edir. Bölgədə qarşıdurmalar səngimək bilmirsə, bütün gözlər HƏMAS-ın 9 il əvvəl öldüyünü elan etdiyi Məhəmməd Sinvardadır.
Bizimyol.info xəbər verir ki, MOSSAD mənbələri Sinvarın ölmədiyini və İsrailə hücumun planlaşdırdırilmasında əsas şəxs və ya xəslərdən biri olduğuna inanır.

“İsrailin 11 sentyabrı” kimi tanınan Həmasın qəfləti hücumundan 5 həftə keçir. "Əl-Əqsa tufanı" əməliyyatına cavab olaraq Qəzzaya bombalar atan İsrailin əks-hücumları davam edir. Həm İsrail ictimaiyyəti, həm də dünya “İsrail hücumun qarşısını necə ala bilmədi?” sualına cavab axtarır.

İngiltərədən gələn xəbərlər film qədər yaxşı bir plana işarə edir. Məhəmməd Sinvar dəfələrlə MOSSAD-ın hədəfi olub və bütün sui-qəsd cəhdlərindən sağ qala bilib.

Təqvim 2014-cü ili göstərənə qədər. HƏMAS 2014-cü ildə Məhəmməd Sinvarın qanlı çarpayıda uzanmış şəklini dərc edərək onun öldüyünü elan etmişdi. Bu, İsrail üçün böyük uğur idi. Çünki Məhəmməd təşkilatın siyasi bürosunun rəhbəri İsmayıl Haniyədən sonra HƏMAS rəhbərliyində 2 nömrəli və HƏMAS-ın tanınmış liderlərindən biri olan Yəhya Sinvarın kiçik qardaşı idi.

Lakin Britaniyanın “Teleqraf” qəzetində yer alan iddiaya görə, yayımlanan foto tamamilə saxtadır. Yəni Məhəmməd İsraildən gizlənmək üçün illər boyu ölümü barədə saxta məlumatın açılmamasına çalışıb. İsrail casusları, təxminən on il əvvəl ölən adam oğurluğu üzrə mütəxəssisin sağ olduğuna inanır və illərdir Qəzzanın altındakı tunellərdə gizləndikdən sonra terror kampaniyasını planlaşdırır.

MOSSAD-ın terrorla mübarizə üzrə keçmiş rəhbəri British Telegraph-a deyib ki, “O, 100 faiz oktyabrın 7-ni planlaşdıran əsas komandadan biri, ya da, əsas fiqur olub: “O, Məhəmməd Deif, Mərvan İsa və Tofiq Əbu Naim kimi adlarla birlikdə axtarışda olanlar siyahısında yeddinci yerdədir. O, vacib bir fiqurdur və o, hələ də sağdır”, - deyə qeyd edib.

Kəşfiyyat üzrə analitik və "Intelli Times" bloqunun müəllifi Ronen Solomona görə, Məhəmməd 2011-ci ildə məhbus mübadiləsi zamanı böyük qardaşını İsrail həbsxanasından azad etməyə kömək edib və məhbusların azad edilməsini təmin etmək üçün adam oğurluğundan istifadə edən "ekspert" hesab olunur.

2006-cı ildə HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarından bir komanda qazdıqları tunel vasitəsilə İsrail ərazisinə keçərək ordu postuna hücum edib. Hücumda iki İsrail əsgəri şəhid olub, Gilad Şalit adlı əsgər isə əsir götürülüb. Şalit beş il əsirlikdə qalıb. O, 2011-ci ildə məhbus mübadiləsi müqaviləsi ilə azad edilib. İsrail Şalitin azad edilməsi üçün 1027 məhbusu azad edib. Onlardan biri Məhəmmədin böyük qardaşı Sinvar olub.

Qadir, Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.