Alimlər gündə on min addım atmağın faydalarını təkzib ediblər

13-11-2023, 09:29           
Alimlər gündə on min addım atmağın faydalarını təkzib ediblər
Alimlər gündə on min addım atmağın faydalarını təkzib ediblər. Belə ki, gündə cəmi 2 600 addım ürək xəstəliyi riskinizi əhəmiyyətli dərəcədə azalda bilər.

Tədqiqat European Journal of Preventive Cardiology (EJPC) jurnalında dərc olunub.

Alimlər atılan addımların sayı ilə ürək-damar riski arasındakı əlaqəni qiymətləndirən əvvəlki 12 tədqiqatın nəticələrini təhlil ediblər.

Tədqiqatda ümumilikdə 111 mindən çox insan iştirak edib. Təhlillər müəyyən edib ki, gündə cəmi 2 517 addım yerimək bütün səbəblərdən ölümriskini 8%, 2 735 addım isə bütün səbəblərdən ölüm riskini 11% azaldır.

Nəticələr gündə 10.000 addım atmaq çətinliyindən qorxan insanlar üçün ümidverici ola bilər. Ən böyük fayda gündə 8 763 addım atmaqdır. Belə ki, bu sayda addımlamaq ürək-damar xəstəliklərindən ölüm riskini 60% azaldır. Qeyd olunub ki, addımların sayının daha da artması əlavə fayda vermir./Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru