"Timsah kişiyə hücum edib, o isə cavabında onu dişləyib..."
14-11-2023, 11:04

"Zərərçəkənin sözlərinə görə, timsah onu "oyuncaq kimi" silkələyib..."
"Əgər timsah məni haradasa başqa yerdə dişləsəydi, hər şey başqa cür olacaqdı..."
Avstraliyada qeyri-adi hadisə baş verib, kişi timsahın hücumuna tab gətirərək onu dişləyib və ölümdən dönüb.
Moderator.az xəbər verir ki, bu barəgə "ABC News" nəşri yazıb.
Hadisə ötən ay çaya doğru istiqamət götürən Kolin Devero adlı fermerin başına gəlib. Üzən balığı gördükdə, o, gölməçəyə yaxınlaşıb, lakin qəflətən sağ ayağının dişlənməsini hiss edib.
"O, məni bərk tutub saxlayıb, oyuncaq kimi silkələyirdi, suya dönərək məni də özünə çəkirdi", - 60 yaşlı fermer xatırlayır.
Devero ondan qurtulmaq üçün sol ayağı ilə timsaha zərbə endirib, hətta vəhşi heyvana cavab olaraq onu dişləyib.
"Vəziyyət mürəkkəb idi...Amma hansısa məqamda mən onun qaşını dişlədim, qaşı çox qalın idi, amma mən bunu bacardım və ayağımı xilas edə bildim", - o, deyib.
Sonra zərərçəkən tullanaraq avtomobilinə tərəf qaçıb. Timsah onu təqib edib, lakin dörd metr hərəkət etdikdən sonra dayanıb.
Hadisədən sonra Devero dəsmaldan və ipdən istifadə edərək ayağını sarıyıb və qanaxmanı dayandırıb. Qardaşı onu xəstəxanaya aparıb, orada müalicə alır.
Əsas problem zərərli bakteriyaların yaradan kənar edilməsidir. Kişi ayağını 10 gün dalbadal yumalı olub.
Ona həmçinin dəri köçürülüb, Kolin qeyd edib ki, ayaq barmaqlarını hiss etməyı başlayıb. Həkimlər onun tezliklə sağalacağına ümid edir və bir neçə gündən sonra xəstəxanadan evə yazmağı planlaşdırır.
"Əgər timsah məni haradasa başqa yerdə dişləsəydi, hər şey başqa cür olacaqdı. Bu o deməkdir ki, mən fəaliyyət sahəmi dəyişməliyəm. Mən həddən artıq bu bataqlıq yerdə gəzib dolanmışam, mənim gözlərim artıq açılıb", - Kolin əlavə edib.