Partlayışda özü öldü, qardaşı və bacısı oğlu ağır yaralandı

17-01-2024, 10:18           
Partlayışda özü öldü, qardaşı və bacısı oğlu ağır yaralandı
Binəqədidə baş verən partlayışda həlak olanlardan birinin kimliyi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, mebel sexində baş vermiş hadisə nəticəsində Zaur Qulu oğlu Cəfərov dünyasını dəyişib.

Bundan başqa, onun qardaşı Şahin Cəfərov və Nicat adlı bacısı oğlu da sözügedən partlayış nəticəsində ağır yanıq xəsarətləri alıb.
Mərhum bu gün Binə qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, hadisə nəticəsində bu saatadək xilasedicilər tərəfindən dağıntılar altından üçü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, doqquz nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru