Hansı hadisələr insanda post-travmatik stres yaradır? (AÇIQLAMA)

17-01-2024, 12:24           
Hansı hadisələr insanda post-travmatik stres yaradır? (AÇIQLAMA)
"Bu hadisənin nə dərəcə iz buraxması post-tramvatik stresə çevrilib-çevrilməməsindən asılıdır. Əlbəttə, insan istənilən halda o vəziyyəti yaddaşında saxlayır".
TEREF xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında psixoloq Nail Cəlil mebel sexində baş vermiş partlayış nəticəsində dağıntılar altından çıxarılan insanların zamanla həmin hadisəni unudub-unutmamasıdan, yaxud da sonradan bunun onlarda xəstəliyə çevrilib-çevrilməməsindən danışarkən deyib.

Psixoloq hesab edir ki, travma, yaşantılar dərin deyilsə, tədricən unudula, adi bir hal kimi xatırlana bilər:"İtki, zədə yaşantısı kəskin, dərindirsə, post-travmatik hallar, qəfil qışqırıb yuxudan oyanmalar, davamlı ağrı hissləri və s. qaçılmazdır. Yox, ciddi xəsarət alınmayıbsa, qorxu olmayıbsa, itkilər böyük deyilsə, sonradan normal həyata dönüşü realdırsa, hadisənin mənəvi-psixoloji problemə çevrilmə ehtimalı çox aşağı, sıfra yaxındır".

Qeyd edək ki, Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən mebel sexində partlayış baş verib. Partlayış zamanı xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 7 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru