Süni intellektdən kriminalistləri şoka salan kəşf – Barmaq izləri unikal deyil

18-01-2024, 11:14           
Süni intellektdən kriminalistləri şoka salan kəşf –
İnsanın barmaq izinin unikal olduğu və heç vaxt təkrarlanmadığı qəbul edilib. Barmaq izlərinin eyni şəxsin əlində belə fərqli olduğu bildirilib. Bütün kriminalistika bu günə qədər bu fərziyyəyə əsaslanır.

Azpost.info bildirir ki, Kolumbiya Universitetinin alimləri tərəfindən aparılan araşdırma yeni nəticələri ortaya çıxarıb.

Bir qrup tədqiqatçı neyron şəbəkəsindən istifadə edərək bu fərziyyəni sınamağa qərar verib və ortaya gözlənilməz nəticələr çıxıb: Barmaq izləri inanıldığı qədər unikal deyilmiş.

Bu kəşf barmaq izlərinin əsas subut kimi götürülmüş cinayət işlərinin yenidən araşdırılması demək olmayacaq. Ancaq barmaq izlərinin tam olmadığı və bəzən daha çox yenilərinin göründüyü hallar üçün faydalı ola bilər.

Kolumbiya Universitetinin alimləri neyron şəbəkələrdən istifadə edərək açıq hökumət məlumat bazasından 60 min ABŞ vətəndaşının barmaq izlərini təhlil ediblər. Neyron şəbəkə 77% ehtimalla ona məlum olan barmaq izlərindən birini istifadə edərək digər barmaq izlərini müəyyən edib. Şəbəkə üçün bir barmaq izini görmək kifayət idi ki, o, bütün digərlərini dərhal tapa bilsin.

Təkmilləşdirilmiş alqoritmdən istifadə etməklə barmaq izlərinin yeni təhlili bir insanın bütün barmaqlarının izlərinə xas olan ümumi nöqtələri tapmağa imkan verib. Məlum olub ki, papillyar xətt cizgilərinin xüsusiyyətləri barmaq yastıqlarının mərkəzində cəmləşmiş kimi görünür. Bir insanın hər barmağında olan əyilmələr və dönmələr eyni xüsusiyyətlərə malikdir.

Zaman keçdikcə neyron şəbəkəsi eyni şəxsə məxsus iki fərqli barmaq izini daha yaxşı müəyyən etməyə başlayıb. Hər bir barmaq izi fərqli olsa da süni intellekt onların arasında oxşarlıqları müəyyən edə bilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.