Bilirdinizmi? Pakistan nə deməkdir?

19-01-2024, 09:25           
Bilirdinizmi? Pakistan nə deməkdir?
Pakistan ilk baxışdan fars dilində “pak, təmiz məkan” anlamına gəlir. Amma bu adın götürülməsinin daha dərin səbəbi var. Belə ki, Pakistanın indiki ərazisi Hindistandan ayrılmamışdan əvvəl onun 5 əyalətini təşkil edirdi: Pencab, Afqaniyə, Kəşmir, Sind və Belucistan.
Əsasən müsəlmanların yaşadığı bu ərazilər Hindistandan ayrılıb öz dövlətlərini qurdular. Ölkənin adı da bu əyalətlərin baş hərfinə uyğun olaraq müəyyənləşdirildi:
P – Pencab;
A – Afqaniyə;
K – Kəşmir;
S – Sind;
Tan – BelucisTANın son hecası
Yəni, P+A+K+S+Tan. İ hərfi ərəfcə yazılışda görünmədiyi üçün ona uyğun bir əyalətin olması vacib deyildi.
Heydər Oğuz
TEREF: Xocanın Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru